Viza

    42-ci Şahmat Olimpiadasının iştirakçılarına Azərbaycana gəldikləri zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza ala bilmələri barədə zəmanət verilir. Viza sadələşdirilməsi prosesi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən həyata keçirilir.

    Olimpiada iştirakçıları onlara Təşkilatçılar tərəfindən göndərilən Olimpiada üçün Dəvət məktubunu və Akkreditasiyanın təsdiqi barədə sənədi özləri ilə birgə götürməlidirlər. Onlar bu 2 sənədi Bakıya uçuş zamanı qeydiyyat masasına və daha sonra Bakının Beynəlxalq Hava Limanında yerləşən Viza bölməsində göstərməlidirlər.

    İştirakçılara eyni zamanda qeydiyyat sistemindən əldə edilən Viza Formasının çap edilmiş və öncədən doldurulmuş nüsxəsini də özləri ilə götürmələri tövsiyə olunur.