Qısa məlumat

    BAKI ŞAHMAT OLİMPİADASININ MATÇ HAKİMLƏRİ ÜÇÜN MƏLUMAT

     

    Hörmətli Həmkarlar,

    Bu məktub vasitəsilə Sizə cari ilin senytabr ayının 1-dən (gəliş günü) 14-dək (gediş günü) Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasında təqdim olunacaq şərait haqqında qisa məlumat vermək istərdik.

    Təşkilatçıların qərarına əsasən siz oyunların keçiriləcəyi məkandan 7.7 km aralıda yerləşən “BOULEVARD” (5*) otelində yerləşdiriləcəksiniz. Avtobusların oyunların keçiriləcəyi məkana və oradan geriyə doğru hərəkəti həyata keçiriləcək və yola sərf olunan vaxt təxminən 15 dəqiqə olacaq.

    Otel haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:  www.boulevardhotelbaku.com

    Açılış Mərasimi sentyabr ayının 1-də saat 20:00-da Milli Gimnastika Arenasında keçiriləcək və siz qalacağınız oteldən və otelə doğru nəqliyyat vasitələri ilə təmin olacaqsınız.

    Hakimlərın İclası cədvəl üzrə sentyabr ayının 2-də saat 10:00-da oyunların keçiriləcəyi məkan “Crystal Hall”-da  baş tutacaq və qalacağınız oteldən və otelə doğru nəqliyyat vasitələri ilə təmin olacaqsınız.

    Olimpiadanın 1-ci raundu sentyabr ayının 2-də saat 15:00-da başlayacaq və siz oyunların keçiriləcəyi məkanda raundun başlamasından 2 saat öncə olmalısınız.

    2-10 raundlar saat 15:00-da başlayır və siz oyunların keçiriləcəyi məkanda raundun başlamasından 1 saat öncə olmalısınız.

    11-ci raund saat 11:00-da başlayır və siz oyunların keçiriləcəyi məkanda raundun başlamasından 1 saat öncə olmalısınız.

    Siz bütün raundlar üçün cədvəl üzrə təyin olunmuş nəqliyyat vasitələ təmin olunacaqsınız.

    Sizin yaşayışınıza gündə 3 dəfə qidalanma daxildir.

    Olimpiada ilə yanaşı, hər gün sentyabr ayının 3-dən 9-dək saat 9:30-dan 12:30-a qədər nəzərdə tutulan FİDE-nin Hakimlər Seminarında iştirak etmək istəyənlərdən, sentyabr ayının 6-sı istisna olmaqla (Hakimlər Komissiyasının İclası), FİDE-nin Hakimlər Komissiyasına iştirakı üçün qeydiyyatdan keçməyiniz xahiş olunur.   

    FİDE Konqresi sentyabr ayının 5-i başlayacaq və “Fairmont” otelində keçiriləcəkdir.

    Hakimlər Komissiyasının İclası sentyabr ayının 6-sı saat 9:00-dan 13:00-dək baş tutacaq.

    FİDE-nin Baş Assambleyası sentyabr ayının 11-də (Olimpiadanın 9-cu raund günü) keçiriləcək.

    Konqresə nümayəndə qismində olanlar da bu barədə Baş Hakimə müraciət etməlidirlər.  

    Olimpiada zamanı istirahət günü sentyabr ayının 7-si olacaq (yalnız bir istirahət günü nəzərdə tutulmuşdur).

    Bağlanış Mərasimi sentyabr ayının 13-də sonuncu raundun (11-ci raund) başa çatmasından sonra baş tuacaq.

    Gediş günü sentyabr ayının 14-də olacaq.

    Hakimlər üçün qəhvə, su və çay kimi içkilər oyunlar keçiriləcəyi məkanda pulsuz olacaqdır.

    Bildiyiniz kimi, Matç Hakimlərinin hər bir Olimpiadada çox mühüm rolu vardır və onların tədbirin yüksək səviyyədə keçirilməsi üçün verdikləri tövhələr çox böyük əhəmiyyət kəsb edir.  

    Bununla da, hal hazırda siz Bakı Şahmat Olimpiadasının Matç Hakimi qismində namizədliyinizi qəbul etmişsiniz və Bakıya səfər edəcəksiniz, sizdən öz öhdəliklərinizi yerinə yetirməyi və tədbirin uğurla keçirilməsi üçün daha yaxşı şəkildə fəaliyyət göstərməyiniz xahiş olunur.

    Sizin Hakimlərin İclasında iştirakınız tamamilə vacibdir, belə ki, iclas zamanı Matç Hakimlərinin öhdəlikləri, Sektorlar üzrə bölgüsü, tövsiyə və təlimatlar müzakirə olunacaq.  

    Əlavə olaraq, siz Bakı Şahmat Olimpiadasının Matç Hakimləri üçün nəzərdə tutulan təlimatları saytdan əldə edə bilərsiniz.

    Biz sizi Bakıda görməkdən və bu mötəbər tədbirdə sizinlə əməkdaşlıq etməkdən məmnun olardıq.

     

    Hörmətlə

       Baş Hakim  - IA Faiq Həsənov                                                          Turnir Direktoru  -  IA Takis Nikolopoulos