87-ci FİDE Konqresi

    87-ci FIDE Konqresi Bakıda “Fairmont” otelində keçirilicəkdir.
    Konqres üçün nəzərdə tutulan gəliş günü sentyabr ayının 4-nə gediş günü isə sentyabr ayının 14-nə təsadüf edir.
    Konqresin iclasları sentyabr ayının 5-dən 13-dək olan müddətdə keçiriləcək, həmçinin bu müddət ərzində sentyabr ayının 11-i, 12-si və 13-ü Baş Assembleyanın iclası da baş tutacaqdır.

    Qeydiyyat və Akkreditasiya
    Bütün Konqres iştirakçıları (nümayəndələr, komissiya sədrləri, katiblər və üzvlər) Olimpiadanın rəsmi qeydiyyat sistemi vasitəsilə “Konqres iclasları” adlı tədbirə qeydiyyatdan keçməlidirlər.
    FIDE-nin Prezident Şurası və rəsmiləri istisna olmaqla, Konqres iştirakçıları Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinə qeydiyyat üçün nəzərdə tutulan 100 Avro məbləğində ödəniş etməlidirlər.
    Konqres iştirakçıları öz akkreditasiyalarını  “Fairmont” otelində yerləşən Akkreditasiya Mərkəzindən gəldikləri gün götürə biləcəklər. Konqres iştirakçılarının akkreditasiyaları ilə bağlı hər hansı bir problemi yaranarsa, “Fairmont” otelində yerləşən Konqresin Akkreditasiya Mərkəzinə müraciət edə bilərlər.

    Yerləşdirmə
    Konqres iştirakçıları Konqresin keçirildiyi “Fairmont” otelində yerləşdiriləcəklər, istisnalar  digər otellərdə yerləşdirilmə barədə təşkilatçılara edilən müraciətlər təşkil edəcək. Milli komandaların yerləşdiyi otellərdə Konqres nümayəndələrinin yerləşdirilməsi mümkündür, lakin Konqresin keçiriləcəyi məkandan və bu məkana doğru nəqliyyat Təşkilatçılar tərəfindən təqdim olunmayacaqdır. Buna baxmayaraq, Konqresin nümayəndələrinə Bakı Taksilərindən əlverişli ödəmələr ilə istifadə etmək üçün imkan yaradılacaqdır.
    Təşkilatçılar sentyabr ayının 4-dən 14-dək Konqresin nümayəndələrinə bir nəfərlik nömrələrdə tam yemək rasionu (gündə 3 dəfə) ilə pulsuz yaşayış təklif edir. Əgər hər hansı bir nümayəndənin göstərilən tarixlərdən daha erkən və ya gec gəlişi və gedişi gözlənilirsə, o əlavə qaldığı günlərə görə ödəniş etməlidir. Konqresin digər iştirakçıları isə yaşayış üçün ödənişi “Yerləşdirilmə” bölümündə qeyd olunan qiymətlər əsasında özləri etməlidirlər.
    Nümayəndə onu müşayiət edəcək şəxs ilə birgə bir otağı bölmək istəyində olduğu zaman, nümayəndəyə veriləcək 2 nəfərlik otaq üçün nəzərdə tutulan məbləğin müəyyən hissəsinin ödəniş etməsi lazımdır.
    Nəzərə alın ki, Konqres üçün müəyyən olunmuş tarixdə qeydiyyatdan keçmiş nümayəndə təşkilatçılara xəbərdarlıq etmədən iştirak etdiyi tarixlərə dəyişiklik etdiyi zaman yaşayış ilə təmin edilməyəcək və onlar qeyd olunan tarixlərdə gəlmədiklərinə görə otel üzrə bir gecə üçün nəzərdə tutulmuş tariflər qiymətinə əsasən cərimələnəcəklər.


    Oyunları izləmək üçün
    Konqres iştirakçılarının “Crystal Hall” ərazisinə aparılması üçün avtobusların gün ərzində 3 dəfə gediş və gəlişi cədvəl üzrə  həyata keçiriləcəkdir. “Fairmont” otelində və Olimpiadanın rəsmi internet səhifəsində  avtobusların hərəkət qrafiki ilə tanış olmaq mümkün olacaqdır.


    Məlumat masası
    Konqres iştirakçıları hər hansı bir sualla bağlı fəaliyyət göstərəcək Məlumat masasına müraciət edə biləcəklər.

    FIDE Konqres 2016 - Cədvəl